AMECO MMC, innovativ MRT texnologiyası olan MAGNETOM Flow-u ölkəmizə uğurla təqdim etməsinə görə 26 Noyabrda, Excellence Award mükafatına layiq görüldü!
Azərbaycanın yeni tibb texnologiyalarında irəlləyişlərində, bu kimi nəaliyyətlər açıq olduğunu vurğulayır.
AMECO MMC komandasını təbrik edirik!
Birlikdə daha böyük hədəflərə doğru irəliləyək! 🚀
MAGNETOM Flow platforması, DryCool texnologiyası əsasında cəmi 0.7 litr helium istifadə edən 1.5T MRT skaneri təqdim edir. Bu, həm ekoloji cəhətdən uyğundur, həm də enerjiyə qənaəti dəstəkləyir. DryCool texnologiyası maqnitin soyutma prosesini optimallaşdıraraq, resursları səmərəli şəkildə istifadə etməklə yanaşı, əməliyyat şəraitini daha sərfəli və çevik edir, ekologiyaya mənfi təsiri azaldır.
MAGNETOM Flow süni intellektdən istifadə edərək, daha dəqiq görüntü əldə edir və xəstə sayını əhəmiyyətli dərəcədə artırmağa imkan verir və beləliklə səhiyyə xidmətlərinin əlçatanlığını genişləndirir.
Bu sistemin ən böyük üstünlüklərindən biri isə ekoloji cəhətdən daha əlverişli və səmərəli bir həll təqdim etməsidir. MAGNETOM Flow, enerjinin və resursların istifadəsini daha effektiv hala gətirir, hansıki eyni zamanda yaşıl dünya üçün önəmli bir addımdır 🌍.
Bununla yanaşı, quench pipe-ə ehtiyac olmaması quraşdırılmanı sadələşdirir və xərcləri azaldır.
Commentaires