top of page
Search

Qan qazları və elektrolitlər müayinələrinə həsr olunmuş praktiki təlim

22-23 Aprel tarixlərində, TƏBİB və Siemens Healthineers şirkətinin Azərbaycan Respublikasında rəsmi biznes partnyoru olan Ameco MMC şirkətinin birgə layihəsinə əsasən 1 saylı Şəhər Kliniki Xəstəxanasında qan qazları və elektrolitlər müayinələrinə həsr olunmuş praktiki təlim aparılmışdır.


Təlim zamanı ekspress diaqnostika və kritiki hallar haqqında əsas məlumatlar verilmişdir. Qan qazlarının alınması və diaqnostikası, RapidPoint 500e qan qazı cihazının texniki xüsusiyyətləri və üstünlükləri, nümunələrin işlənməsi həkimlərə praktikada göstərilmişdir. Həmçinin qan qazı mövzusunda preanalitik, analitik, postanalitik mərhələlərin özəllikləri həkimlərin nəzərinə çatdırılmışdır.



Təlim Kliniki Tibbi Mərkəzin torakal cərrah uzmanı Dr. Fəhmin Əmirov, Kliniki Tibbi Mərkəzin Anesteziologiya və Reanimasiya şöbəsinin müdiri Dr.Ülviyyə Qurbanova, Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinin müdiri Dr. Tural Əliyev və AMECO şirkətinin application mütəxəssisi Dr.Səbinə Qafarova tərəfindən aparılmışdır. Təlimdə 80-dən çox reanimatoloq-həkim, intensiv terapiya(böyüklər və neonatal bölmələr) şöbələrinin həkimləri, təcili yardım həkimləri və ümumi terapevtlər iştirak etmişdir.




Comments


bottom of page