top of page
Ameco Strip.png
co-branding_emblem_on_white_rgb.png
Search

“Elastoqrafiya – Müasir Qeyri-Invaziv Alternativ Yanaşma” mövzusunda təlim sessiyası

  • Jan 23
  • 1 min read

2025-ci il dekabrın 17-də AMECO MMC, Seçenov Tibb Universitetinin Bakı filialının Tibb Təlimi və Simulyasiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Elastoqrafiya – Müasir Qeyri-Invaziv Alternativ Yanaşma” mövzusunda təlim sessiyası keçirdi.


Təlim zamanı:


 • Professor Vitaliy Matveyev elastoqrafiyanın klinik tətbiqləri və imkanlarını işıqlandırdı.


 • Dr. Sevinc Musayeva süd vəzisi və qalxanabənzər vəzi lezyonlarının diferensial ultrasəs diaqnostikasını təqdim etdi.


 • Dr. Turab Abdyev qaraciyər lezyonlarının diferensial ultrasəs diaqnostikasına dair məruzə etdi.


Praktiki sessiyada iştirakçılar Siemens Healthineers-in ACUSON Juniper ultrasəs sistemi üzərində elastoqrafiyanın klinik tətbiqini müşahidə edib praktik bacarıqlar qazandılar və bu qabaqcıl texnologiya ilə tanış oldular.


AMECO MMC olaraq biz tibbi təhsilin inkişafına və müasir diaqnostik həllərin tətbiqinə dəstək verdiyimiz üçün qürur duyuruq.


 
 
 

Comments


  • Instagram

©2019 by AMECO LLC

bottom of page