top of page
Ameco Strip.png
co-branding_emblem_on_white_rgb.png
Search

Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 9-cu regional konfransı

  • Jan 23
  • 1 min read

25 noyabr 2025-ci il tarixində AMECO MMC olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasında, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin təşkil etdiyi, Akademik Mustafa bəy Topçubaşovun anadan olmasının 130 illiyinə həsr olunmuş 9-cu regional konfransda iştirak etdik. 



Tədbir çərçivəsində iştirakçılara Siemens Healthineers istehsalı olan Acuson Juniper müasir ultrasəs cihazının funksionallığı və üstünlükləri ilə yaxından tanış olmaq imkanı təqdim etdik. 



Həmçinin Siemens Healthineers MRT sistemlərindəki innovasiyalar barədə təqdimatla çıxış etdik – DryCool texnologiyası sayəsində heliumdan asılı olmayan MRT konsepsiyası və süni intellekt dəstəkli Deep Resolve texnologiyası haqqında məlumat verdik. 



Bu tədbir AMECO MMC-nin Siemens Healthineers texnologiyalarını bölgələrdəki tibb mütəxəssislərinə tanıtmaq və onları ən son yeniliklərlə təmin etmək istiqamətindəki səylərinin davamıdır. 


 
 
 

Comments


  • Instagram

©2019 by AMECO LLC

bottom of page