Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə 19-21 May tarixlərində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi keçirilib.
Konqresə dünyanın 20-dən artıq ölkəsindən kardioloq və kardiocərrahlar qatılıb. Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Vüqar Qurbanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və digər qonaqlar çıxış edib.
Comentários