top of page
Search
  • Writer's pictureAmeco

AHK-Impuls 2021

Updated: Sep 3, 2021

1 İyul 2021-ci il AHK-Alman-Azərbaycan Xarici Ticarət Palatası keçirtdiyi AHK- İmpuls tədbiri çərçivəsində Ameco MMC Siemens Healthineers şirkətinin yeni CLINITEST® Rapid COVID-19 Antigen Testini təqdim etdi. Tədbir "Hyatt Regency" Konfrans Mərkəzinin "Quba" zalında xüsusi karantin rejiminin bütün tələblərinə, təhlükəsizlik və sağlamlığın qorunması üzrə tövsiyələrə ciddi uyğun şəkildə keçirilmişdir.




CLINITEST® Rapid COVID-19 Antigen Testi, laboratoriya alətlərinə və ya xüsusi laboratoriya işçilərinə tələb olmadan 15 dəqiqə ərzində nəticələri 99.42% dəqiqliyi ilə təqdim edən COVID-19 testidir.


CLINITEST® Ekspress COVID-19 Antigen testi tibb işçiləri tərəfindən COVID-19-a yoluxma şübhəsi olan şəxslərdən birbaşa nazofaringeal (NP) yaxma və ya nazal yaxma nümunələrində SARS-CoV-2-dən nukleokapsid zülalı antigeninin keyfiyyətcə aşkarlanması üçün laboratoriya şəraitində götürülən immunoxromatoqrafik analizdir. SARS-CoV-2 infeksiyalarının erkən diaqnozuna kömək etmək məqsədi daşıyır və simptomlar başlayandan sonra on günədək tibb işçiləri tərəfindən istifadə edilə bilər. Simptomları on gündən sonra başlayan xəstələrdən əldə olunan neqativ nəticələr təxmin kimi qəbul edilməlidir və xəstə baxımı üçün zəruri hallarda molekulyar analiz ilə təsdiqləmə aparıla bilər. CLINITEST Ekspress COVID-19 Antigen testi SARS-CoV ilə SARS-CoV-2 arasında fərq qoymur.






Bu fürsət üçün AHK-ya, Səhhət Klinikasına və bütün tədbir iştirakçilarına təşəkkür edirik.







Commentaires


bottom of page